Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliyyətə başlayıb – FOTO

Baxılıb:110
Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliyyətə başlayıb – FOTO

Aprel ayının 8-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə – sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant İsmayıl Əkbərov çıxış edib.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.Oxu.az.


Abunəlik