İlham Əliyev Azərbaycanda yol tikintisinə vəsait ayırdı – SƏRƏNCAM

Baxılıb:130
İlham Əliyev Azərbaycanda yol tikintisinə vəsait ayırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Aztimes.az xəbər verir ki, Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, 14 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.9-cu yarımbəndində göstərilmiş 13,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Abunəlik