Vətən müharibəsində şəhid olan hərbçimiz dəfn edildi – FOTO

Baxılıb:130
Vətən müharibəsində şəhid olan hərbçimiz dəfn edildi – FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Təbriz Cəfərov dəfn edilib.

“Aztimes.az”ın Qarabağ bürosu xəbər verir ki, şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu T.Cəfərov Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

09:36

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Tərtər rayon Çardaqlı kənd sakini 1995-ci il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) Cəfərov Təbriz İlqar oğlunun şəhid xəbəri gəlib.

Qeyd edilib ki, hərbçimiz bu gün torpağa tapşırılacaq.Report.


Abunəlik