Yeni fındıq emalı zavodu istifadəyə veriləcək

Baxılıb:152
Yeni fındıq emalı zavodu istifadəyə veriləcək

Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, ölkədə müasir üsullardan istifadə etməklə fındıq istehsalının artırılması, məhsulun yeni bazarlara çıxarılması məqsədilə tədbirlər həyata keçirilir.

Görülən işlərdən biri də yeni texnologiyalar əsasında fəaliyyət göstərən fındıq emalı müəssisələrinin yaradılmasıdır.

Qeyd olunub ki, “AZNUTS” MMC-nin Xaçmaz rayonunun Xudat şəhərində tikilmiş fındıq emalı zavodu da belə müəssisələrdəndir.

İldə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dən çox iş yeri açılacaq.

İnvestisiya dəyəri 2,7 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə isə 2 milyon manat güzəştli kredit verilib.

Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.Oxu.az.


Abunəlik