Bakıda beş yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

Baxılıb:154
Bakıda beş yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aztimes.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Keşlə qəsəbəsində yolu keçən 2016-cı il təvəllüdlü Kərimov Saleh Ramal oğlu yolu keçərkən avtomobil onu vurub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, sol körpücük sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

S.Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.”Report”.


Abunəlik