Bakıda Göyçay sakinini bıçaqladılar

Baxılıb:130
Bakıda Göyçay sakinini bıçaqladılar

 

Göyçay sakini Bakıda bıçaqlanıb.

Oxu.Az xəbər verir ki, Nərimanov rayonunda tanışlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Rayonun R.Əliyev küçəsində 1951-ci il təvəllüdlü Yadulla İsmayılov tanışı olan Göyçay rayon sakini, 1967-ci il təvəllüdlü Həbibulla Eyvazovla mübahisə edib.

Münaqişə zamanı H.Eyvazov bir neçə bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Y.İsmayılov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin dəqiq olaraq hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir