Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış

Baxılıb:186
Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış

 

Bakıda yeniyetmə qıza qarşı ağlasığmaz cinayət törədilib. Bir il ərzində öz qızını zorlamaqda ittiham olunan kişi saxlanılıb.

Bu barədə Oxu.Az-a Sabunçu Rayon Prokurorluğundan bildirilib.

Cinayətin üstü 15 yaşlı Sabunçu sakininin (ad məlum səbəblərdən açıqlanmır) yoxa çıxmasından sonra açılıb.

Bu il iyulun 19-da yeniyetmə evdən çıxaraq bir daha qayıtmayıb. Bir ay sonra, avqustun 22-də qız tapılıb.

Dindirmə zamanı o, 36 yaşlı atası S.K.-yə görə evdən qaçdığını bildirib.

Onun sözlərinə əsasən, ata qızına ilk dəfə ötən ilin avqustunda təcavüz edib. O zaman qızın 14 yaşı olub. Bundan sonra ata mütəmadi olaraq qızını cinsi əlaqəyə məcbur edib. Zorakılıq və təhqirlərə dözməyən qız evdən qaçıb.

Həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Barəsində Cinayət Məcəlləsinin 149-cu maddəsi (Zorlama) ilə cinayət işi açılıb.

 

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir