Bakıda “Azərsu” əməkdaşı iş yerində intihar etdi
Bakıda, “Azərsu” ASC-nin əməkdaşı intihar edib.
Aztimes.Az-ın məlumatına görə, qurum əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib.
Onun Su Kanal İdarəsində maşinist işlədiyi bildirilir. İntiharın hansı səbəbdən baş verdiyi bilinmir.
Aztimes.az xəbər verir ki, Faktı Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təsdiq edib:
“Onun iki azyaşlı övladı var. E.Quliyev nizam-intizamlı işçi olub”.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.