Türkiyəli məşhur müğənni həyat yoldaşından boşandı – FOTO
Aztimes.az xəbər verir ki, Türkiyəli məşhur müğənni Berdan Mardini 2010-cu ildə evləndiyi Fatoş Mardinidən boşanıb.
“Haber Global”ın məlumatına görə, bu barədə musiqiçinin vəkili Nezir Burak Beliktay açıqlama verib.
Berdan Mardini bir müddət əvvəl sosial media hesablarından xanımı ilə çəkilən fotolarını silmişdi. Bundan sonra cütlüyün boşandığı barədə dedi-qodular yayılmışdı.
“Tərəflər arasında evliliklərinin əvvəlində olan hiss və düşüncə birliyi, zaman keçdikcə yerini fikir ayrılıqları ilə əvəzlədi, nəticədə evlilik hər iki tərəf üçün dözülməz oldu. Tərəflər evliliklərinin təməlinin sarsıldığı üçün ayrılmağa qərar verdilər. Ailə atanın qəyyumluğu barədə razılığa gəldi və 29 Mart 2021-ci il tarixində razılaşdırılmış boşanma ilə nikahlarına son verdi”, – deyə vəkil bildirib.Oxu.az.