Ceyhun Bayramov Tacikistana yola düşdü
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.
Bu barədə “Ölkə.Az”a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.