Niderlandda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

Baxılıb:200
Niderlandda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdam şəhərindəki qərargahında 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.

Aztimes.az  xəbər verir ki, tədbirin əvvəlində bütün şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin uzun tarixinə toxunaraq, bu barədə əsl həqiqətin ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırıldığını bildirib. Ulu öndərimizin 1998-ci il 26 mart tarixli fərmanından sonra soyqırımı öz hüquqi-siyasi qiymətini aldığını və həmin ildən 31 mart – Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunduğunu, soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, xalqımıza qarşı dəfələrlə törədilmiş, uzun illər ərzində öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin qanlı səhifələrindəndir.

BAK-ın sədri Elsevər Məmmədov tədbir iştirakçılarına 31 mart-Azərbaycanlıların soyqırımı ilə bağlı Niderland parlamentinə bəyanat ünvanlandığını deyib.

Tədbirdə BAK-ın vitse-prezidenti Sima Cəfərova 1918-ci ildə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi qətliamdan, erməni daşnaklarının dinc əhaliyə verdiyi amansız işgəncələrdən danışıb.

Tədbir iştirakçıları ötən əsrdə erməni daşnaklarının xalqımıza qarşı dəfələrlə törətdiyi və xalqımızın qan yaddaşına həkk olmuş soyqırımı faktlarını xatırladıblar.\AZƏRTAC.


Abunəlik