BDYPİ özünü bilərəkdən maşının qabağına atan şəxslə bağlı araşdırmaya başladı
Vaqif Əsədov: “Bu çox təəssüf doğuran ssenaridir. Hadisənin nə zaman və dəqiq olaraq hansı istiqamətdə baş verdiyi barədə hələ məlumat yoxdur. Lakin məsələ mütləq şəkildə araşdırılacaq və mövzuya hüquqi qiymət verilməsinə çalışılacaq. Bilərəkdən yalan ifadə, yalan izahat məsələsi ortaya qoyularsa belə, bütün bunlar araşdırma zamanı öz həllini tapacaqdır.
Hadisəyə ilkin araşdırma rayon üzrə polis idarələrində olur. Hadisəyə müstəntiqlər hüquqi qiymət verəcəkdir. Hesab edirəm ki, burada sürücü yox, piyada qanunvericiliyə müvafiq olaraq layiqli cəzasını alacaqdır”.
AzTimes.az