Nəcməddin Sadıkovla bağlı müəmmalı faktlar ORTAYA ÇIXDI – FOTO

Baxılıb:882
Nəcməddin Sadıkovla bağlı müəmmalı faktlar ORTAYA ÇIXDI – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Dubayda dincəldiyini əks etdirən videogörüntülər ölkə gündəmini zəbt edib.

HİT.Az xəbər verir ki, sosial şəbəkələrdə gedən müzakirələrdə ictimia-siyasi fəallar diqqəti Nəcməddin Sadıkovun cəzalandırılmalı olduğu halda Dubayda dincəlməsinə çəkirlər. Görüntülərin nə zaman çəkildiyi dəqiq məlum olmasa da, hesab edilir ki, bu, Nəcməddin Sadıkovun Baş Qərargah rəisi vəzifəsindən azad edilməsindən sonrakı dövrdür. Hələlik Nəcməddin Sadıkov bu iddialara reaksiya verməyib.

Nəcməddin Sadıkov Azərbaycan generalitetinin müəmmalı simalarından sayılır. Onun Rusiya ilə bağlılığı, Azərbaycan Ordusundakı peşəkar zabitlərini bu və ya digər şəkildə sıradan çıxardığı barədə iddialar səsləndirilir. Hətta Nəcməddin Sadıkovu xəyanətdə ittiham edənlər də var. 

Bir müddət əvvəl onun Rusiya Müdafiə Nazirliyinin Əks-Kəşfiyyat İdarəsinin nəzarətində olan “Şeyx Şamil Fondu” tərəfindən Dağıstanın Milli Qəhrəmanı elan edilməsi barədə məlumat yayılmışdı. O zaman Nəcməddin Sadıkov hələ vəzifədə idi. Bu xəbəri ölkənin nüfuzlu media quruluşlarının tirajlamasına baxmyaraq, general iddiaları sükutla qarşılamışdı. Bu məsələdə vurğu Rusiya Müdafiə Nazirliyinin Əks-Kəşfiyyat İdarəsinin üzərinə qoyulsa da… Yəni Nəcməddin Sadıkovun sözügedən idarənin nəzarətində olduğu bildirilən Fond tərəfindən Milli Qəhrəman elan edilməsi təsadüfi hesab edilmirdi və bu, generalın Kremlə bağlı olması barədə iddiaları əsaslandırmaq üçün arqument hesab edilirdi. 

Nəcməddin Sadıkovun Dərbənddə adına küçə olması barədə də iddialar var. 

HİT.Az-ın araşdırmaları nəticəsində bu fakt təsdiqini tapıb. Həqiqətən də, Dərbəndin mərkəzi küçələrindən biri onun adınadır. Həmçinin, oxuduğu məktəbin qarşısında onun büstünün qoyulduğu da gələn xəbərlər sırasındadır. Hər iki faktı Nəcməddin Sadıkovun Dərbənddə anadan olması ilə izah edənlər də var. Lakin bu məsələlərdə də Rusiya izi axtaranlar az deyil. 

Ümumiyyətlə, Nəcməddin Sadıkovun Azərbaycana bağlı şəxs olmadığı barədə çoxsaylı mülahizələr irəli sürülür. Lakin keçmiş Baş Qərargah rəisi barəsində səsləndirilən kifayət qədər ciddi ittihamlara aydınlıq gətirməkdənsə, Dubayda kamera qarşısında poz verməyi üstün tutur. /hit.az


Abunəlik