“Jurnalistlər binası”nın ətrafında 700 ağac əkiləcək

Baxılıb:137
“Jurnalistlər binası”nın ətrafında 700 ağac əkiləcək

“Bu mövsüm ağacəkmə prosesi işğaldan azad edilmiş Zəngilan rayonundan başladı. Ağacəkmə tədbirləri bütün ölkə üzrə davam etdiriləcək”.

Aztimes.az xəbər verir ki, Bu barədə Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib. 

O bildirib ki, həmin yerlər minalanmış ərazi olduğundan orada kütləvi tədbirlər keçirə bilmirik:

“Amma qısa zamanda bu istiqamətdə işlər görüləcək. ANAMA-nın əməkdaşları ərazidə mütəmadi olaraq minaların təmizlənməsi prosesini aparır. Fürsətdən istifadə edib onların əməkdaşlarına da təşəkkür edirəm”.

F.Əliyev qeyd edib ki, “jurnalistlər binası”nın ətrafında 400-ə yaxın ağac əkilib:

“Əkilənlərdən əlavə 300-ə qədər ağac gətirilib. Onların arasında, nar, ərik, əzgil və s. var. Bu ağaclar bina sakinlərinin istəyinə uyğun gətirilib. Onlar istədikləri ərazidə bu ağacları əkəcəklər. Nə qədər çox ağac əksək, o qədər də təbiətimiz canlanacaq”.


Abunəlik