Şamaxı rayon icra başçısı nazirin tapşırığını saymadı, vətəndaş aclıq aksiyasına başladı

Baxılıb:286
Şamaxı rayon icra başçısı nazirin tapşırığını saymadı, vətəndaş aclıq aksiyasına başladı

2019-cu ilin fevral ayında Şamaxıda baş vermiş zəlzələdə bir çox evlər xəsar gördü. Bununla bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qəzalı evlərin təmiri və yenidən tikilməsi il bağlı göstəriş verdi. Təbii fəlakətdən 7 aya yaxın vaxt keçməsinə baxmayaraq zərər görmüş vətəndaşlar hələ də  prezidentin tapşırığından yararlana bilməyiblər. Bu məsələyə yaxın günlrdə genişliklə toxunacağıq. 

Şamaxı rayon Məlikçobanlı kənd sakini Qafarov Sədi Camulla oğlu AzTimes.az-a bildirib: “Fevral ayında baş vermiş zlzələ nəticəsində  qardaşım Qafarov Cəmşid Camulla oğlunun  Məlikçobanlı kəndində 13 sot torpaqda yerləşən evi tam qəzalı vəziyyətə düşüb. Qardaşım oğlunun bir neçə xəstəlikdən əziyyət çəkməsiylə əlaqədar uşağı müalicyə apardığı üçün evi boş oldğundan məndən evin həqiqətən də qardaşıma məxsus olması ilə bağlı hər hansısa sənəd təqdim etməmiş tələb etdilər.

Ev qəzalı vəziyyətdə olduğundan bura kupça vermədilər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları Şamaxı rayonuna səfər edərkən  mən FHN cənab Kəmaləddin Heydərova yaxınlaşaraq problemimi dedim. Nazir elə yerindəcə məsələnin həll olunacağı barədə tapşırıq verərək  mənə narahat olmamağımı bildirdi.  Amma nə icra hakimi Tahir Məmmədov, nə də FHN -nin əraziyə təyin etdiyi əməkdaşı olan Rauf adlı şəxs problemimizi həll etmir. Dəfələrlə Tahir Məmmədovun qəbulunda olmuşam. Mənə ” Get nə bilirsən et, hara bilirsən şikayət et” deyir.Mən artıq bu özbaşnalıqlardan cana doyaraq aclıq aksiyasına başlayıram.  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun məsələyə şəffaf yanaşacağına ümid edirəm. Prezidentimizin etibarından sui istifadə edərək əmanət etdiyi sakinləri hakimiyyətdən narazı salmaqla məşğul olan Tahir Məmmədov kimi məmurlardan bu ölkənin tez bir zamanda xilas edəcyinə bütün qəlbilmə inanıram.”

Qafarov Sədi Camulla oğlu.

AzTimes.az saytı olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

 

 

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir