Paytaxt sakinlərinin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir

Baxılıb:118
Paytaxt sakinlərinin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir

Paytaxtın əsas küçələrindən birində sabahdan hərəkət məhdudlaşdırılır.

Aztimes.az xəbər verir ki, Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, martın 15-dən paytaxtın Xudu Məmmədov küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən M1, M2, M6, 11, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət istiqaməti məhdudiyyətlərə uyğun olaraq digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcəkdir.


Abunəlik