Hesablama Palatasına sədr müavinləri və auditorlar təyin olunacaq – ADLAR

Baxılıb:249
Hesablama Palatasına sədr müavinləri və auditorlar təyin olunacaq – ADLAR

Hesablama Palatasına sədr müavini və auditorlar təyin olunacaq şəxslərin adları bəlli olub.  

Bu barədə Aztimes.Az Milli Məclisdən məlumat əldə edib.

Nəsir Sadıqovun Hesablama Palatasının sədr müavini, Cavid Bayramov, Hilal Hüseynov və Vəfa Mütəllimovanın Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunur.

Bununla bağlı məsələyə Milli Məclisin martın 16-da keçiriləcək iclasında baxılacaq.

Buna görə, Milli Məclisin sabahkı iclasının gündəliyinə əlavə də edilib. Halbuki martın 16-da yalnız bir məsələnin – Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi nəzərdə tutulurdu.

Qeyd edək ki, bundan əvvəl Hesablama Palatasının sədrinin müavini Adil Məhərrəmov, auditorlar Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov vəzifələrindən ayrılıblar. Onlar bununla bağlı istefa ərizəsi yazıblar. Oxu.


Abunəlik