XİN-dən ABŞ-da erməni terrorçusunun azadlığa buraxılmasına sərt REAKSİYA – FOTO

Baxılıb:146
XİN-dən ABŞ-da erməni terrorçusunun azadlığa buraxılmasına sərt REAKSİYA – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Los-Anceles Ali Məhkəməsi tərəfindən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsini qınayıb.

Nazirliyin “Twitter” səhifəsində bu barədə paylaşım edilib.

“Türkiyəli diplomatın qətlinə görə məhkum olunmuş terrorçu Hampiq Sasunyanın azadlığa buraxılması dünyanın ən güclü diplomatik korpuslarından birinə sahib olan ölkədə diplomatiyanın maraqlarına zərbə vurur”, – deyə paylaşımda qeyd olunub.  

Xatırladaq ki, 1982-ci il yanvarın 28-də Türkiyə Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib.

Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib. İstintaqdan yayına bilən K.Salibanın isə həmin il Livandakı vətəndaş müharibəsində öldürüldüyü bildirilib.Oxu.az.


Abunəlik