Azərbaycan beynəlxalq arenada
1991-ci il 18 oktyabr tarixində Azərbaycan XX əsrin ikinci böyük müstəqilliyini qazandı. Regionda əlverişli, strateji mövqeyinə görə hər zaman rəğbətlə qarşılanan, səmimiyyəti və etibarlılığı ilə hər zaman etiraf edilən beynəlxalq əhəmiyyətli bir dövlətə çevrildi.
Müstəqilliyi öncə 1991-ci il noyabrın 9-da Türkiyə,sonrakı mərhələlərdə isə Rumıniya, Pakistan, İsveçrə,İran və digər dövlətlər tərəfindən tanındı. İslam Konfransı Təşkilatının (1991), İqtisadi Əməkdaşlıq Təşkilatının (1992-ci il fevral ), BMT-nin(1992-ci il 2 mart), Türksoyun (1993), MDB-nin (1993-cü il sentyabr), GUAM təşkilatının (1997) və nəhayət, Avropa Şurasının (2001-ci il yanvar) etibarlı üzvünə çevrildi. Bu beynəlxalq və regional təşkilatların içərisində Avropa Şurasını xüsusi qeyd etmək lazımdır. Avropa Şurasının tam hüquqlu üzvünə çevrilən dövlətimizin milli lideri H.Əliyev 2001-ci ilin payızında Avropa Şurasının Parlament Assambleyasının iclasında AŞPA tərəfindən milli münaqişələrin həll olunması üçün tədbirlərin görülməsini tələb etdikdən sonra Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəd qəbul edildi.
2003-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev AŞPA – nın vitse- prezidenti və büro üzvü seçildi. Bu, Azərbaycan dövlətçiliyinə haqq səsini ucaltmağa və beynəlxalq müstəvidə öz hüquqlarını qorumağa daha da geniş imkanlar yaratdı. Azərbaycanın ərazi bütövlüyü Gürcüstan,Moldova, Ukrayna, Pakistan, Türkiyə tərəfindən yalnız tanınmaqla qalmadı, ölkəmizin apardığı 44 günlük 2-ci Qarabağ müharibəsində ölkəmizin həmin dövlətlər tərəfindən tam dəstəkləməsi də beynəlxalq dövlətlərin nəzərindən yayınmadı.
Azərbaycan Cənubi Qafqazın ən sabit və ən güclü dövləti olaraq öz liderliyini qoruyub saxlamaqdadır.
XX əsrin sonlarında Azərbaycan “Əsrin müqaviləsini” imzalamaqla yeni neft strategiyasının əsasını qoydu. Bu müqavilə ilə dünyanın 7 nəhəng ölkəsi-ABŞ, Böyük Britaniya,
Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı Azərbaycana böyük sərmayələr qoydu. 2013-cü ilin dekabrında Azərbaycanın təbii qazının Avropaya böyük həcmdə çıxarılması üçün İlham Əliyev böyük bir layihəyə imza atdı. Bu XXI əsrin müqaviləsi kimi tarixə düşdü. Bu sənədlə Trans Anadolu (TANAP), Trans – Adriatik (TAP) qaz kəmərinin tikintisi reallığa çevrildi.
Bu gün nəticə göz önündədir.Azərbaycan , Avropa və qonşu dövlətləri qazla təchiz edən iqtisadiyyatı günü-gündən güclənən lider ölkəyə çevrilib. Əminik ki, Cənubi Qafqazın bu lider dövlətinin başçısı İ.Əliyevin apardığı uğurlu siyasət nəticəsində dövlətimiz bütün müttəfiqlərinin ən etibarı tərəfdaşı kimi bütün dünyaya səs salacaqdır.
Bakı şəhəri, A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Nihal Hacıyeva.Azad Səs TV.