ATASI AZƏRBAYCANLI OLAN MƏŞHUR ERMƏNİLƏR-SİYAHI

Baxılıb:2887
ATASI AZƏRBAYCANLI OLAN MƏŞHUR ERMƏNİLƏR-SİYAHI

Prezident, təhlükəsizlik xidmətinin rəhbəri, general-mayor…

Alman filosofu Fridrix Engels çox məşhur bir kəlamı var: “Korinfdə və hətta Hindistan məbədlərində qulluq edən ilk rəqqasələr və fahişələr erməni kənizləri olmuşlar”.Bu fikirlərə heç ermənilər özləri belə etiraz etmirlər. Əksinə bəzi hallarda bunu fəxrlə təsdiq də edirlər. Onlardan biri də erməni tarixçi Georq Qoyandır. O “Erməni teatrının 2000 yaşı”adlı kitabında qeyd edir ki, fahişəlik peşəsi ermənilərin tarixi ilə sıx bağlıdır. Arşakuni sülaləsinin tarixinə dair araşdırmalar edən erməni tarixçi Favstos Buzand öz əsərində erməni katalikosu İusikin (340-345 illər) oğullarının vardzaklar, bozlar (fahişələr), qusanlar (aktyorlar və komediantlar) ilə eyş-işrət yaşadığını qeyd edir. Bununla peşəkar erməni fahişələrinin məbədlərlə yanaşı, antik teatrları da hədəf seçdikləri aydın olur. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti öz əsərlərində Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Strabon qeyd edirdi ki, “Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar. Həmin vaxt erməni hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi”. Erməni qadınlarının bu “ecazkar” qabliyyətinə görə, yer kürəsində erməni toxumu səpələnməyən bir nöqtə belə qalmayıb. Təbii ki, bu “ecazkar”lıqdan bizim xalqın kişi qismi də öz nəsibini almamış deyil.

Məcidin oğlu Robert Köçəriyan

Son zamanlar sosial şəbəkələrdə eləcə də, bir çox qəzet və saytlarda bəzi məşhur ermənilərin atasının azərbaycanlı olduğu iddia edilir. Maraqlıdır ki, atası azərbaycanlı olduğu zənn edilən ermənilərin xalqımıza qarşı pataloji nifrəti sadə ermənilərdən daha çoxdu və dəhşət doğurur. Alman filosofu Karl Marks: “Ermənilər yaşamaq üçün qadınlarını digər xalqların yatağına salan ilk millətdir”deyimini də unutmaq olmaz- deyə düşünürəm.

İki il əvvəl Rusiya sosial şəbəkələrində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan haqqında sensasion faktlar açıqlandı. Belə ki, sosial şəbəkə istifadəçilərindən biri təkzibolunmaz tarixi faktlar əsasında R.Köçəryanın atasının azərbaycanlı olduğunu bildirib. Saytlardan biri həmin statusu ruscadan tərcümə edərək, olduğu kimi oxucularına təqdim edir:
“Ermənistanın ikinci prezidenti Robert Köçəryan keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının Daşkəsən rayonunda anadan olub. Anası Asmik Sokratovna (qızlıq soyadı məlum deyil) Daşkəsən rayonunun Şarukar kənd orta məktəbində riyaziyyatdan dərs deyib, atası Məmməd Məcidov isə Daşkəsən rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Onların necə tanış olduğu məlum deyil. Amma Təhsil Şöbəsinin müdiri olan Məmməd Məcidov sevgilisi Asmiki dərs dediyi məktəbə müdir təyin edir, elə balaca Robert də məhz həmin vaxt dünyaya gəlir. Məmmədlə qeyri-rəsmi münasibətdə olduğundan Asmik oğlunun doğulmasını hər kəsdən gizlədirmiş. Robertin iki yaşı tamam olanda isə oğlunu Dağlıq Qarabağın Stepanakert (Xankəndi) şəhərində yaşayan qohumlarına verir.
Bir müddət sonra Asmik o vaxtlar Daşkəsən Sosial Təminat Şöbəsində mühasib işləyən, bir qolu şikəst olan Sedrak Köçəryana ərə gedir. Bu nigah Asmikin Məcidlə qeyri-qanuni münasibətini gizlətmək üçün lazım idi. Robertin atabir qardaşları Mərdan, Pirxan və Elman bu gün Gəncədə yaşayırlar, üçü də yüksək vəzifəli məmurlardır. Daşkəsən rayonunun birinci katibi Əli Süleymanovun da Asmikdən çox xoşu gəlirmiş. Bu səbəbdən Əli ilə Məcid arasında gizli qarşıdurma başlayır və Ə.Süleymanov M.Məmmədovdan 24 saat ərzində rayonu tərk etməyi tələb edir. Məmməd Məcidov onun tələbini yerinə yetirərək Xanlar (indiki Göygöl) şəhərinə köçür. Əli isə gözəl Asmiki Daşkəsən rayonunun Mədəniyyət şöbəsinin müdiri təyin edir və onunla qeyri-rəsmi yaşamağa başlayır. Az sonra Asmik Rayon Partiya Komitəsinin ikinci katibi təyin olunur və 1988-ci ilə qədər həmin vəzifədə çalışır.
Robertin necə və hansı şəraitdə böyüməsi ayrıca söhbətin mövzusudur, amma ötən əsrin 70-ci illərinin ortasında Azərbaycan Respublikasının rəhbərliyi Robert Köçəryanı Dağlıq Qarabağ Muxtar Vilayətinin Komsomol Təşkilatının 1-ci katibi vəzifəsinə təyin edir.
Robertin atası Məcid dünyasını dəyişib, onun məzarı Xanlar (Göygöl) şəhərindədir. Daşkəsən rayonunun Şarukar kəndinin yerli sakinləri, eləcə də həmin kənddə məskunlaşan qaçqınlar bu hadisələri təsdiq edə bilər.

Əkbərin oğlu Kamo Ağacanyan

Bu günlərdə əvvəlcə sosial şəbəkələrdə, daha sonra peşəkar medianın səhifələrində bir erməni təhlükəsizlik zabitinin şəkilləri yayılmışdı. Bu adam özünü“DQR” rəhbəri sayan Araik Arutyunyanın yanında durmuşdu və sifət çizgiləri baxımından eyni məkanda olanların hamısından seçilirdi. Onda fərqli ağız-burun və göz-qaş var idi. Tezliklə məlum oldu ki, Kamo Ağacanyan adlı bu şəxs qondarma “respublika”nıntəhlükəsizlik xidmətinin rəhbəridir.

Ancaq bir müəmmalı məsələ vardı, adam şəkilə baxan kimi, diqqət edirdi ki, Ağacanyan ağız-burun, qaş-göz formaları sarıdan türkə oxşayır, bəlkə yerli türklərlə qan qohumluğu var?

Bu sualın cavabı da tezliklə tapıldı. Əslən Füzulidən və Hadrutdan olan insanlar bildirdilər ki, Kamo Ağacanyanın əsl adı uşaqlıqdan olsa da, atasının adı Əkbər, soyadı isə Kərimov olub. Ermənilər Qarabağda separatçı hərəkata başlayanda və müharibə düşəndə Kərimovlar ailəsi dağılmayıb, Əkbər Kərimov ermənilərin çoxluqda olduğu Edilli kəndində qalıb. Sonradan Kamo öz soyadını dəyişdirib Ağacanyan olub, atasının adı isə rəsmi sənədlərdə Ağberoviç kimi qeyd olunub.

Ağacanyanın şəkilləri internetdə, saytlarda gedəndən sonra məlum oldu ki, ölkəmizdə, paytaxt Bakıda onu lap uşaqlıqdan tanıyan adamlar da var.

Onlardan biri uşaqlığı Hadrutda keçən, hazırda Bakı kəndlərindən birində yaşayan Maqsud Qasımovdur. Maqsud müəllim mətbuata açıqlamasında Kamo Ağacanyan barədə bəzi şeylər danışdı.M. Qasımov bildirir ki, doğulduğu kənddə ermənilər də yaşayırdı, amma əsas əhalisi türklərdən ibarət idi: “Oxuduğum məktəbdə ermənilər çox idi. Onlardan biri son günlər adı tez-tez hallanan Kamo Ağacanyan (qondarma rejiminin “milli təhlükəsizlik xidmətinin” rəhbəri ) idi. Deyim ki, Axulluda məktəb olmadığı üçün biz Edillidəki məktəbə gedirdik. Edillidə isə daha çox ermənilər yaşayırdı.Kamo məndən 3-4 yaş kiçikdir. Onun atasının adı Əkbər Kərimov, nənəsinin adı Münəvvər idi. Kamonun atası azərbaycanlı, anası erməni idi. Ancaq bir iş vardı ki, onun atası bir az, necə deyim, ermənipərəst idi, heç zaman bizim dilimizdə danışmırdı. Onlar bizimlə qonşuluqda yerləşən Edilli kəndində yaşayırdılar. Kamonun atası azərbaycanlıların bağında işləyirdi. İşə də elə azərbaycanlılarla gedib-gəlirdi. Ancaq sonra o da bizimkilərə qarşı dönük çıxdı, ermənilər tərəfdə bizə qarşı vuruşdu. Oğlu da onunla birlikdəydi. Çox fəallıq etmişdi deyə onu qabağa çəkdilər. Sonradan eşitdik ki, general-filan olub”.

M.Qasımov deyib ki, o, zaman oxuduğu məktəbdə onlara dərs deyən erməni hərbi müəllimlər müharibə başlayanda əllərinə silah alıb, azərbaycanlılara qarşı döyüşüblər: “Kamonun özü də heç zaman azərbaycanlılara qarşı xoş münasibət göstərmirdi. Uşaq olsa da, anası öyrədirdi ki, ermənilərlə oyna, azərbaycanlılara yaxın getmə. Biz futbol oynamağa gedəndə o da ermənilərlə oynayırdı, bizim tərəfə gəlmirdi. Uşaq olsa da, nəyə görəsə bizə qarşı kin-küdurəti böyük idi. Görünür, bu onun erməni anasından və ermənilərə yıxılmış atasından gəlirdi.

Cəmilin oğlu Samvel Karapetyan

2019-cu ildə Dağlıq Qarabağdakı qondarma seperatçı rejimin “müdafiə nazirinin müavini”, general-mayor Samvel Karapetyan istefa verdi.Məlumat üçün bildirək ki, Samvel Karapetyanın atasının adı Cəmildir və mətbuatda səslənən iddialara görə əslən azərbaycanlı olub.

Əslən Xankəndidən olan Azərbaycanlı jurnalist İlham Cəmiloğlu məqalələrinin birində qeyd edir ki, 1962-ci ildə Xankəndində anadan olan Samvel Karapetyan Dağlıq Qarabağ hadisələri başlayanda erməni hərəkatının fəal üzvlərindən biri olub: “Siyasi proseslərdən daha çox, silahlanma prosesinə diqqət yetirmək lazımdır” söyləyən Karapetyan Dağlıq Qarabağdan, xüsislə də Xankəndi şəhərindən azərbaycanlıların yalnız silah yolu ilə çıxarılmasının mümkün olduğunu bildirib.
Samvel Karapetyan Dağlıq Qarabağda ilk silahlı dəstələrin yaradıcılarından biri olub. 1988-ci ilin fevral ayının 22-də ətraf rayonlardan Ağdamın mərkəzinə toplaşan azərbaycanlılar Əsgərana doğru yürüş edəndə Samvel Karapetyan 200 nəfər yaraqlısı ilə hücum əməliyyatı hazırlayıb. Azərbaycanlılara ilk güllə atan da məhz onlar olub. Qarabağın ilk şəhidləri olan Əli və Bəxtiyar Samvel Karapetyan və onun cinayətkar dəstəsinin üzvləri tərəfindən qətlə yetiriliblər”

Məlumat üçün onu da bildirək ki, cani general-mayor 1992-1994-cü illərdə Şuşa, Laçın, Ağdərə, Kəlbəcər, Füzuli və digər rayonlarının işğalında yaxından iştirak edib. Azərbaycan ordusu Horadiz qəsəbəsini işğaldan azad edən zaman ağır yaralansa da, sağ qalmağı bacarıb. 2016-cı ilin aprelində baş tutan sonuncu döyüşlərə də Karapetyanın başçılıq etdiyi bildirilir.
.Ümid edək ki, vicdanı, qeyrəti olan azərbaycanlı Azərbaycan xalqına 200 ildən çoxdur ki, faciələr yaşadan ermənilərlə bu gündən etibarən bir daha qan qohumluğu əlaqələri qurmayacaq! Onsuzda qurulmuş bağların zərbəsini kifayət qədər yaşadıq: igidlərimiz qurban getdi, qız-gəlinimiz zorlandı, qocalar-uşaqlar qətlə yetirildi, yurd-yuvalarımız işğal olundu… Əziz Azərbaycan kişisi!Lütfən erməni qadınları ilə heç bir əlaqə qurnayın! Bu xalq yazıqdı!

Əntiqə Rəşid/AzTimes.az/


Abunəlik