Ermənilərin kütləvi məskunlaşdıqları məkanlar: “Minalanmış ərazilər…”

Baxılıb:302
Ermənilərin kütləvi məskunlaşdıqları məkanlar: “Minalanmış ərazilər…”

Yazıma tədqiqatçı V.Yelixovskinin sözləri ilə başlamaq istəyirəm. O deyib ki, dünyanın hər tərəfinə səpələnmiş ermənilər birgə yaşadıqları xalqların adətlərini, geyimlərini tez mənimsəyirlər:” Buna görə də Türkiyədə ermənini türkdən, İranda isə farsdan seçmək olmur”.

Yelixovskinin bu fikrindən yola çıxaraq bildirmək istəyirəm ki, elə Azərbaycanda da erməniləri azərbaycanlılardan seçmək çətinləşib. Bu gözəl məmləkətin hər bucağında dahi rus yazıçısı A.S.Puşkinin sözləri ilə desək, mütləq rəzil qorxaq, qul təfəkkürlü bir erməni vardır. Dünya təcrübəsindən də, 200 ildən çox xalqımızın başına gətirilən faciələrdən də anlamaq mümkündür ki, ermənilər yaşadıqları məkanlar və yaxud dövlətlərin ərazisi mina basdırılmış sahədir. Nə vaxt partlayacağı məlum olmayan həmin minalar ərazilərdə faciələrin yaşanmasını labüdləşdirir .

İngilis səyyahı Vilsona məxsus olan “ermənilər acgözdürlər, tamahkardırlar və əclafdırlar, heç kimə hörmət bəsləmirlər” fikrinə haqq qazandırmaq üçün ermənilərin kompakt yaşadıqları Türkiyə, Gürcüstan, Azərbaycan, Rusiya və sair ölkələrdə yaratdıqları intriqa, ədavət, terror, satqınçılıq, xəyanət, insan faciələri, uşaq, qadın, qoca qətllərini əyani sübut kimi göstərmək olar.

Maraqlıdır ki, ermənilərin hər hansı bir fərdi (istər qadın olsun, istərsə də kişi) digər bir hümanist xalqın nümayəndəsi ilə ailə qurub uşaq dünyaya gətirdikdə nəticə dəyişmir. Yəni, erməni qanı, erməni təfəkkürü, erməni südü o övladın digər xalqın nümayəndəsindən heç bir genetik xarakter mənimsəmir. Uşaq tam bir erməni olaraq dünyaya gəlir. Etiraz edən varsa , yenə də faktlara müraciət edək: “Mənim pasportumda doğulduğum yer kimi Bakı göstərilib, mənim indiki Azərbaycanla heç bir əlaqəm yoxdu və ola da bilməz” deyən, atası yəhudi, anası erməni olan Harri Kasparovun nankorluğu, “bugün gəlin hamımız birlikdə durub Erməni Soyqırımında qətlə yetirilən 1.5 milyon adamı yad edək” deyən atası erməni, anası hollandiyalı olan Kim Qardaşyanın yalançılığı, erməni ordusuna 33 min dollar yardım edən Bedros Kirkorovun (Kirkoryanın) oğlu, erməni işğalçıları üçün dua edib, Qarabağda onlara konsert verən tanınmış rus etrada müğənnisi Filipp Krikorovun (anası bolqardı) həyasığlı erməni xislətinin göstəricisidir. “Apple”ın yaradıcısı Stiv Cobs erməni ailəsi tərəfindən övladlığa götürülüb. Anası Klara Huqapiyanla heç bir bioloji bağı olmasa da, erməni xislətlərinə yiyələnə bilib. Türkiyəyə qarşı düşüncələri buna isbatdı.

Uzun sözün qısası, genetikasında erməni qanı, erməni südü olanlardan özünüzü qoruyun!

Əntiqə Rəşid /AzTimes.az/


Abunəlik