Mübariz Mənsimov azadlıqda
Xəbər verdiyimiz kimi, bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.
Aztimes.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.
Hakimin qərarına əsasən, iş adamı məhkəmə nəzarəti altında sərbəst buraxılıb.