DİQQƏT! YAР QURULTAYINDA BAŞ VERƏNLƏR

Baxılıb:319
DİQQƏT! YAР QURULTAYINDA BAŞ VERƏNLƏR

Bu şəxslər YAP-ın İdarə Heyətindən çıxarıldı

İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

PA-nın sabiq şöbə müdiri, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri Əli Həsənov və sabiq baş nazirin müavini Əli Həsənov da İdarə heyətindən kənarlaşdırılıb.

Əli Əhmədov yenidən YAP-ın sədr müavini oldu

Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri seçilib.

YAP-ın Siyasi Şurası LƏĞV EDİLDİ

40 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. İdarə Heyətinin tərkibi əsasən gənclərdən ibarətdir.

Həmin şəxslərin bəzilərinin adlarını təqdim edirik:

Cavid Osmanov

Azər Badamov

Kamal Cəfərov

Tahir Mirkişili

Şahin İsmayılov

Ramin Məmmədov

Sadiq Qurbanov

Elşad Mirbəşirli

Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibi də dəyişib. Əldə etdiyimiz məlumata əsasən, YAP-ın qurucu üzvlərindən olan Musa Musayev, “Xalq” qəzetinin keçmiş baş redaktoru Həsən Həsənov, deputat Məlahət İbrahimqızı MNTK-ya üzv seçiliblər. Ramiz Mehdiyevin kürəkəni, o cümlədən digər əvvəlki üzvlər vəzifələrini itiriblər.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

  1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır);
  2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Məmməd Məmmədov);
  3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur);
  4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova);
  5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur);
  6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur)

Abunəlik