İtkin pilotun nəşi tapıldı

Baxılıb:117
İtkin pilotun nəşi tapıldı

AzTimes.az xəbər verir ki, Polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb. Bu barədə Axar.az-a pilotun qayınatası Qabil Hüseynli məlumat verib.
Mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Hazırda DNT analizi götürülür.

Q.Hüseynli bildirib ki, pilotumuzun meyiti Təzə Pir məscidində yuyulacaq və sabah səhər 9-da Yeni Yasamal, Dadaş Bünyadzadə 2 küçəsində vida mərasimi keçiriləcək. Vida mərasiminin rəsmi hissəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (“Salyanski” kazarma) binasında olacaq.

Daha sonra pilotumuz 2-ci Fəxri Xiyabanda hərbi mərasimlə dəfn ediləcək.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir