DİN-dən vətəndaşa kobud cavab verilməsi iddiası ilə bağlı AÇIQLAMA

Baxılıb:256
DİN-dən vətəndaşa kobud cavab verilməsi iddiası ilə bağlı AÇIQLAMA


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi “Facebook” səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır, həqiqəti əks etdirmir.

Xatırladaq ki, sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin rəsmi hesabından vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” tipli cavab yazıldığını iddia edən foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.


Abunəlik