“Bandotdel” Şəmkirdə əməliyyat keçirdi – FOTO

Baxılıb:470
“Bandotdel” Şəmkirdə əməliyyat keçirdi – FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə birgə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Aztime.aza verilən məlumata görə, Baş İdarəyə Şəmkir sakini Turan Hüseynovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı evin zirzəmisinə baxış zammanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar olunaraq götürülüb. T.Hüseynov ifadəsində silah-sursatın ona tanışı, Şəmkir sakini İbrahim İbrahimovun saxlamaq məqsədi ilə verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs də saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. T.Hüseynov və İ.İbrahimovun barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib"Bandotdel" Şəmkirdə əməliyyat keçirdi- FOTO


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir