Hacıqabulda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

Baxılıb:169
Hacıqabulda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

“Aztimes.az”informasiya agentliyinin məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) və Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının birgə keçirdiyi reyd zamanı COVİD-19 virusuna yoluxan şəhər sakini, 1961-ci il təvəllüdlü İsayev Hacıbəy Əlican oğlunun yaşadığı evi tərk etdiyi məlum olub.

Adı çəkilən şəxs yeri müəyyənləşdirilərək saxlanılıb və o, yaşadığı evə qaytarılıb.Faktla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırma aparılır.Simurq.net.


Abunəlik