İcra başçısı qaziyə qonaq gəldi: görün nələr oldu-FOTOLAR

Baxılıb:2413
İcra başçısı qaziyə qonaq gəldi: görün nələr oldu-FOTOLAR

Göyçay rayon icra başçısı II Qarabağ savaşının iştirakçısı baş-leyenant Hüseyn Arif Aydın oğlunu ziyarət edib.Aztimes.az xəbər verir ki, bu icra başçısı Mehdi Səlimzadənin sözügedən qazinin evinə ikinci ziyarətidir. Birinci dəfə gedərkən olduqca şəraitsiz mənzildə yaşayan qazimizin evinin təmirinə qərar verilib. Döşəmə dəyişdirilib, otaqlar təmir olunub. Ev istilik və elektrik sistemi ilə təchiz olunub, çatışmayan ev əşyaları hədiyyə edilib. İcra başçısının bu addımı iş adamlarını da ruhlandırır. Onlar da qazıyə bəzi ev əşyaları hədiyyə ediblər.Nəzərinizə çatdıraq ki, baş-leytenant, qazi Hüseyn Arif Aydın oğlu 1994-cü il dekabr ayının 20-si tarixində Göyçay şəhərində anadan olub, burada təhsil alaraq boya-başa çatıb. Vətən darda olan zaman zəfər yürüşünə yollanıb və alnı açıq, üzü ağ öz ata yurduna qalib əsgər kimi dönüb.


Abunəlik