Elektron siqaretlər çəkənlərə PİS XƏBƏR
Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri 20 manatdan 100 manata qaldırılır.
Aztimes.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Deputatlar qanun layihəsinə münasibətdə fərqli yanaşma sərgiləməyib.Sfera.