SON DƏQİQƏ! Baş Prokurorluq məlumat YAYDI

Baxılıb:396
SON DƏQİQƏ! Baş Prokurorluq məlumat YAYDI

Nərimanov rayon prokurorluğunun MƏLUMATI

Fevralın 19-da saat 16 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Nərimanov rayonu ərazisində inşa edilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar podrat müqaviləsi əsasında “Colosium” MMC tərəfindən aparılan işlər zamanı qəlibçi 1992-ci il təvəllüdlü Qamət Ağayev həmin binanın 12-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılmış və nəticədə aldığı xəsarətlərdən ölmüşdür.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Abunəlik