Tofiq İsmayılovun oğlundan dələduzluq İşində yüksək çinli məmurların da adı keçir

Baxılıb:357
Tofiq İsmayılovun oğlundan dələduzluq İşində yüksək çinli məmurların da adı keçir

Redaksiyamıza müraciət edən güləş üzrə Avropa mükafatçısı, dəfələrlə ölkəmizin bayrağını ucaltmış idmançı Vasif Məmmədov dələduzluq ilə qarşılaşdığını bildirib.
O müraciətində deyib ki, “Qarakənd faciəsi” nin qurbanlarından olan Tofiq İsmayılovun oğlu Mirheydər İsmayılov onun 35000 AZN pulunu düz iki ildir ki, mənimsəyib, qaytarmır. Şikayətçi bildirib ki, Mirheydər İsmayılovun şəxsi sürücüsü və köməkçisi kimi 3 il çalışıb. “2018-ci ildə o mənə dedi ki, bir həftəlik təcili pul lazımdı. Mənim də imkanım olmadığı üçün “Hunday Azera” markalı maşınımı dəyərindən aşağı qiymətə bir günə satdım və 23 min, 500 manat ona pul verdim. O bu vəsaitin azlığını dedi. Başqa dostlardan da 7 min manat borc götürüb ona verdim. Nəticədə Mirheydər İsmayılov mənim ona olan etibarimdan sui-istifadə edərək 30 min 500 manat məbləğində pul almış oldu. Daha sonra dörd ay müddətində müxtəlif bəhanələrlə nəinki ona etibar edib verdiyim pulu qaytarmadı, heç həmin bu aylar ərzində əmək haqqımı (hər ay üçün min manat) da ödəmədi. Belədə M. İsmayılov əmək haqqım da daxil olmaqla 34 min 500 manatdan çox vəsaitimi ələ keçirmiş oldu.
İki ildi haqqım olan pulu nəinki qaytarmır, hətta son aylarda zənglərimə də cavab vermir. Etdiyim şikayətləri vecinə də almır. Hazırda Xəzər Rayon Məhkəməsində bu iş üzrə proses gedir. Bu hala belə onun narahat olmaması məni təcübləndirir. O məhkəməyə gəlmir, “kimə istəyirsən get de” kimi sözlər işlədir. Cənab Prezidentimiz də bəyan edib ki, biz hüquqi dövlətdə yaşayırıq. Heç kim kiməsə güvənərək vətəndaşların haqqını əlindən ala bilməz. Onun hansı məmurlara güvənərək belə etdiyini hüquq muhafizə orqanları araşdırmalıdır.”
Sizə borclu olan Mirheydər İsmayılovun vəsaitinizi qaytarmağa maddı imkanının olub-olmadığı ilə bağlı sualımıza şikayətçi Vasif Məmmədov belə cavab verdi: “O əvvəllər mənə zəng edərək gah qohumu Qusar rayon icra başçısı Şair Alxasovun, gah digər qohumu, şəhərsalmada çalışan Rüfət Mahmuddan alıb qaytaracağını, gah da bağ evini satıb pulumu verəcəyini deyib. Ancaq bunların da heç birini etmir.
Danışdığım bütün məlumatları sübut etməyə əlimddə faktlar, şahidlər və səs yazıları var. Atasına olan hörmətimə görə bu faktları yaymıram. Lakin aidiyyatı qurumlara təqdim edəcəm. Zərurət yaranacağı təqdirdə ictimaətə yayacam.
Şikayətçi Vasif Məmmədov deyir ki, mövzudan ailə üzvlərinin xəbəri var: “Əvvəllər Rusiya telekanalının birində yüksək qonorarla çalışan M. İsmayılov Mərdəkan ərazisində olduqca baha qiymətə mülk alıb və lüks həyat tərzi sürür. Yegane övladını Polşada ən bahalı məktəblərin birində oxudur. Mən isə hazırda Daxili İşlər Nazirliyinin Dinamo Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin idmançısı və idman ustalığına namizədəm. Öz alın tərimlə məşqçi kimi ailəmi dolandırıram. Dövlətimizin başçısı hər zaman idmançılara qayğı göstərib. İnanıram ki, mənim haqqımı əldə etməyim üçün müvafiq orqanlar öz hüquqi yardımını göstərəcək.”

Qarşı tərəfin fikrini ictimailəsdirməyə hazırıq.

AzTimes.az


Abunəlik