SON DƏQİQƏ: Tərtərdə zərərçəkmişlər ayağa qalxdı-VİDEO
AzTimes.az xəbər verir ki, bu gün Tərtər rayonunda müharibə zamanı zərərçəkmiş vətəndaşlar aksiya edib. Onlar bildirib ki, dovlət tərəfindən məcburi köckunlər üçün inşa edilmiş binalarda özbaşınalıq baş alıb gedir.
Belə ki, Nazirlər Kabinetinin 65 saylı qərarı ilə məcburi köckünlər üçün inşa edilmiş mənzillərin satılmasına icazə olmadığı (kirayə müqaviləsi ilə verilib) halda burada bir çox mənzillər satılıb və kirayə verilib. 1176 şəxs zərərcəkməsinə baxmayaraq ancaq evləri satılmış vətəndaşlara kompensasiya ödənilir. Sakinlər iddia edir ki, icra başçısı Müstəqim Məmmədov heç bir hüquqi səlahiyyəti olmadan öz sürücüsünü də bu binada evlə təmin edilməsinə şərait yaradıb.