Ucarda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Baxılıb:237
Ucarda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzTimes.az xəbər verir ki, rayonun Müsüslü kəndi ərazisində Şəmkir rayon sakini E.Həsənovun idarə etdiyi “Volvo” markalı minik və Göyçay rayon sakini C.Hacıyevin idarə etdiyi “İsuzu” markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində E.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cahangir Novruzov/AzTimes.az/


Abunəlik