Vəndam kəndində taksi sürücüləri və bələdçilərə gün verməyən Mais Abdurahmanov kimdir?-VİDEO

Baxılıb:415
Vəndam kəndində taksi sürücüləri və bələdçilərə gün verməyən Mais Abdurahmanov kimdir?-VİDEO

Yay fəslinin başlaması ilə Azərbaycanın dilbər guşələrindən olan Qəbələyə yerli və xarici turist axını da başlamış olur. Balasına , ailəsinə bir parça çörək aparmaq ümidi ilə sürücülər də gözlərini bu turistlərə dikirlər. Lakin Vəndam kəndində durum başqadır. Mais Baba oğlu Abdirahmanov adlı bir şəxs kəndin girişində böyük bir yeri hasarlayaraq  turistik məkana girişi məhdudlaşdırıb. İçəri daxil olmaq istəyən sürücülərdən xərac toplayan şəxs heç bir sənəd təqdim etmir. Sürücülər və sakinlər etiraz bildirdikdə isə “hara şikayət edirsiniz edin, onsuz baxılmayacaq ” deyir. Şahidlər deyir ki, hər gün həmin əraziyə ən az yüz maşın daxil olur.  Mais Abdurəhmanov onların adını dəftərə qeyd edərək giriş haqqı olaraq 1AZN rüsum alır. Bu gün ərzində ən azı 1000 AZN deməkdir. Onlar iddia edir ki, bu barədə dəfələrlə kənd bələdiyyəsinə,hüquq-mühavizə orqanlarına, korrupsiya idarəsinə müraciət etsək də heç bir nəticə yoxdur. Ümidvarıq ki, aidiyyatlı orqanlar məsələyə açıqlamanı gecikdirməz.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir