Cəmil Həsənli sərt danışdı:”Müzəffər müəllim özü harda olub?”

Baxılıb:417
Cəmil Həsənli sərt danışdı:”Müzəffər müəllim özü harda olub?”

Milli Şuranın sədri, professor Cəmil Həsənli yazır:

Müzəffər müəllim Laçın rayonunun Güləbird kəndində çıxış edərkən deyib ki, “Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır… AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb”. Alqı-satqıdan başqa adamın ağlına ayrı bir şey gəlmir. Görünür elə buna görə işğal altında olan Azərbaycan torpaqların satın almaq üçün Serj Sarqsyana Lukaşenko vasitəsi ilə 5 rayon üçün 5 milyard dollar təklif edib. Şuşanın müdafiəsi zamanı Milli Qəhrəman Ramiz Qənbərov başda olmaqla AXC 128 nəfər şəhid verib, sağkən bayrağa bükülən komandir Tofiq Oğuz böyük fədakarlıq nümunəsi göstərib. Bu qəhrəmanların haqqın danan Müzəffər müəllim görən özü o zaman harada olub?


Abunəlik