Həyat yoldaşı onunla barışmadığı üçün sosial şəbəkədə bu sözləri yazıb, intihar etdi – FOTO

Baxılıb:428
Həyat yoldaşı onunla barışmadığı üçün sosial şəbəkədə bu sözləri yazıb, intihar etdi – FOTO

Türkiyənin Bursa şəhərində yaşayan 31 yaşlı Əli adlı şəxs 3 uşağını özü ilə aparan həyat yoldaşına mesaj atıb barışmaq istəyib və rədd cavabı alıb.

AZtimes.az HaberGlobal-a istinadən xəbər verir ki, o yazışmaları sosial mediada paylaşıb. Lakin yoldaşı onun bu təklifini rədd edib. Əli isə bundan sonra intihar edib.

Məlumata görə, Əlinin həyat yoldaşı bir müddət əvvəl şiddət və qarşıdurma səbəbiylə 3 uşağını da götürərək ərini tərk edibmiş. Əli həyat yoldaşı ilə barışmağa müvəffəq ola bilməyib. Sevgililər günündə həyat yoldaşına mesaj göndərən Əli təkrar rədd cavabı alıb. Əli mesajı həyat yoldaşı ilə sosial mediada paylaşıb.

Əli yazısında aşağıdakı ifadələrdən istifadə edib: “Öz yoldaşım mənə böhtan atdı. Dözə bilmərəm, problemimi heç kimə deyə bilmərəm. 7 ildir evliyəm, hələ yumruq belə atmamışam. Mənim yeganə pis rəftarım onun hərəkətlərinə etdiyi sözlərə cavab vermək idi. Mənə şər atdılar. Məni sevən insanlar mənə nifrət etdilər. Mən yaşadıqlarıma dözə bilmirəm.

Sosial mediada yayımladığı mesajın ardından Əli ov tüfəngiylə başına atəş açaraq, həlak olub. Silah səslərini eşidən qonşular vəziyyəti polisə bildirib. Faktla bağlı cinayət işi açılıb. 


Abunəlik