Qadına qarşı zorakılıq edən polislə bağlı AÇIQLAMA

Baxılıb:363
Qadına qarşı zorakılıq edən polislə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda bərbərxanada qadına qarşı zorakılıq edən polis əməkdaşı ilə bağlı məsələni araşdırır.

Hadisə fevralın 12-i saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib.

Məlumata görə, Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib.

Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.

Aztimes.az xəbər verir ki, DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.


Abunəlik