” Təki Vətən yaşasın ” filminin təqdimatı keçirildi
AzTimes.az xəbər verir ki, 3 avqust 2019-cu il tarixind H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhid gizir Pərvin Əliyevin anım günü və şəhidə həsr olunmuş ” Təki Vətən yaşasın ” filminin təqdimatı keçirildi.Təqdimatda Şəhid anaları , qazilər, millət vəkilləri , şəhid P.Əliyevin iş yoldaşları , ictimaiyyət nümayəndələri iştirak edirdi. Təqdimatı giriş sözü ilə M.Sadıqova açaraq , torpaqlarımızın ərazi bütövlüyünü qorumaq üçün canlarından keçən əsgərlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmələrini tədbir iştirakçılarından xahiş etdi. Dövlət himnimizin səslənməsindən sonra mərkəzin direktoru İlkin Qayıbov qonaqları salamladı. Şəhidlik zirvəsinin aliliyindən və müqəddəslik uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın rəşadətindən söhbət açan I. Qayıbov Azərbaycanın bu günü üçün onlara borclu olduğumuzu söylədi. Sonra Milli Qəhrəmanımız Samid Imanovun atası Gülağa Imanov Azərbaycan torpaqlarının azad olunması üçün canlarını qurban vermiş Şəhidlərimizin qəhrəmanlığından söhbət açdı. Şəhidimizə həsr olunmuş ” Təki Vətən sağ olsun ” filmi təqdim olundu. Filmin ssenari müəllifi M.Sadıqova və quruluşçu rejissoru E.Ağamalıyevdir. Filmin təqdimatından sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək , şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün onların keçdiyi döyüş yolunu təbliğ etməyin vacibliyindən söz açdı. Ehtiyatda olan polkovnik H.Ağayev qəhrəmanlarımızı yaşatmağın hər bir azərbaycanlının şərəf borcu olduğunu söylədi. Filmin quruluşçu rejissoru E.Ağamalıyev Şəhidlərimizi yaşatmaq, onların xatirəsini əbədiləşdirmək üçün başladıqları layihədə bu filmin artıq dördüncü film olduğunu söylədi və layihənin davam edəcəyini vurğuladı. Tədbirin bədii hissəsində bəstəkar N. Mirməmmədlinin mahnıları onun şagirdləri tərəfindən ifa olundu. Muğam 2019 yarışmasının mükafatçısı Murad Kazımlının , Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solisti Nigar Rəhimovanın vətənpərvərlik ruhunda oxuduqları mahnılar , Iranə Novruzzadənin , məktəblilərdən Bahar Abbasova , Şirinli Ibrahimin söylədiyi şeirlər şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuşdu. Şəhid gizirimizin anım günündə sevindirici bir xəbər – oğlu Riyad Əlilinin C. Naxçıvanski adına hərbi liseyə qəbul olunması xəbəri bütün tədbir iştirakçılarının alqışları ilə qarşılandı. Tədbirin aparıcısı tədbirin təşkilində yaxından kömək etmiş şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırova, qazi Əbulfəz Həsənovun oglu Ravin Həsənova , filmdə şeirləri səsləndirilən E. Məmmədova , E.Mətləbə, şeirlərin səsləndirilməsinə görə M. Baləddinqızına , əməkdar incəsənət xadimi , bəstəkar N. Mirmmədliyə, şairə Zəminə Xınalıya öz təşıkkürünü bildirdi. Sonda Şəhid P.Əliyevin anası və həyat yoldaşı çıxış edərək , tədbirin təşkilində əməyi olan hər kəsə öz minnəttarlığını bildirdi. Şəhidimizin xanımı oğlunun hərbi məktəbə qəbul olunması münasibətilə təbrik edənlərə öz təşəkkürünü bildirdi və oğlunun atasının qisasını yerdə qoymayacağına əmin olduğunu söylədi.