Qəbələdə restoranın həyətində meyit tapılıb

Baxılıb:186
Qəbələdə restoranın həyətində meyit tapılıb

Qəbələ şəhəri ərazisində tikintisi başa çatmamış restoranın həyətindəki köşkdə 50 yaşlı Bənövşə Kamulovanın meyiti tapılıb.

Aztimes.az-ın müxbirinin məlumatına görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Qadının restoranın həyətindəki köşkdə yaşadığı bildirilir.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırmalar aparılır.


Abunəlik