SON DƏQİQƏ: Qarabağda DƏHŞƏT – Çox sayda hərbçimizin VƏZİYYƏTİ AĞIRDIR
Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.
AZtimes.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) – Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.