Silahlı ermənilər Ərzurum küçələrində…

Baxılıb:299
Silahlı ermənilər Ərzurum küçələrində…

7 fevral 1905-ci il…
Bakıda erməni terror təşkilatının əli ilə çoxlu sayda (təxminən 100 nəfər) dinc azərbaycanlı qətlə yetirilir.

7 fevral 1918-ci il…
Silahlı ermənilər Ərzurum küçələrində müsəlman kişilərini şəhərdən çıxararaq, onları vəhşicəsinə qətlə yetirirlər.

7 fevral 1919-cu il…
Erməni silahlı quldur dəstəsi Göyçə mahalının Kələnti kəndinə soxulurlar. 15 kişini, 3 qadını, 5 yşağı vəhşicəsinə öldürürlər.
Dinc kəndlilər qətlə yetirilməzdən əvvəl onlara işgəncə verilir. Bütün meyitlər eybəcər hala salınır.

7 fevral 1920-ci il…
Daşnak erməni yaraqlıları Cəbrayıl qəzasının Qarğabazar kəndinə (hazırda Füzuli rayonunun ərazisi hesab olunur) basqın edir.
26 uşaq, 34 qadın, 13 kişi qətlə yetirilir.
38 kişi, 15 qadın girov götürülür.

7 fevral 1991-ci il…
Dağlı Qarabağ Muxtar Vilayətinin Partiya Komitəsinin binası üzərində Azərbaycanın 3 rəngli bayrağı ilə yanaşı yaxınlıqdakı Vilayət Soveti İcraiyyə Komitəsi binası üzərində erməni bayrağı dalğalanır.

7 fevral 1991-ci il…
Ağdam –Ağdərə avtomobil yolunda ermənilər azərbaycanlıya məxsus olan avtomaşını gülləbaran edirlər. 1 nəfər ağır yaralanır.

7 fevral 1992-ci il…
Ermənilər güclü artilerriya hazırlığından sonra 366-cı cı rus atıcı alayının köməyi ilə Sırxavənd kəndinə hücum edir. Rasim Ərşad oğlu Fərzəliyev şəhid olur. Kənd sakini İsa kişi mərmi qəlpəsindən həlak olur.
Dinc sakinlərdən – F.Qasımov, T.Bəşirov, Q.Mehdiyev, B.Məmmədov, Ç.İbrahimov yaralanırlar.
Sırxavənd kəndi ermənilər tərəfindən işğal olunur.

7 fevral 1993-cü il…
Erməni-rus birləşmələri güclü hücuma keçərək Sərsəng su anbarı yaxınlığında 3 yaşayış məntəqəsini ələ keçirirlər. Mülki əhalidən və hərbçilərdən yaralananlar olur.

Cəmil Məmmədli /AzTimes.az/


Abunəlik