Moldova miqrasiya qaydalarını pozan vətəndaş saxlanılıb?- TƏFƏRRÜAT

Baxılıb:333
Moldova miqrasiya qaydalarını pozan vətəndaş saxlanılıb?- TƏFƏRRÜAT

Bəzi Azərbaycan KIV-ləri Moldovada miqrasiya qaydalarını pozduqlarına görə Rusiya və Azərbaycan vətəndaşlarının saxlanılması məlumatını yayıb. Məsələyə Azərbaycanın Moldovadakı səfirliyindən reaksiya var.
Bildirilir ki, iki Rusiya, bir Azərbaycan vətəndaşını Moldova Miqrasiya Xidməti saxlayıb. Azərbaycan vətəndaşı ilə bağlı məsələ Moldovadakı Azərbaycan səfirliyinin nəzarətinə götürülüb. Hazırda vətəndaşımız müvəqqəti saxlama məntəqəsindədir və onun Azərbaycana göndərilməsi üçün sənədləşdirmə işi aparılır.
Xatırladaq ki, Moldovada xeyli əvvəl də bir Azərbaycan vətəndaşı miqrasiya qaydalarını pozduğu üçün saxlanılıb. Saxlanılan Azərbaycan vətəndaşı ruhi-əsəb xəstəsi olduğu üçün o, müvafiq qaydada xəstəxanaya köçürülüb. Hazırda xəstəxanada müalicə alır. Yaxın günlərdə sözügedən hər iki vətəndaşımız Azərbaycana yola salınacaq.
Azərbaycanın Moldovadakı səfirliyi bildirir ki, Moldova Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur və hər hansı məsələlərin həlli məhz bu çərçivədə və müvafiq qanunvericilik əsasında həll olunur.

Jalə Mütəllimova/AzTimes.az/


Abunəlik