Qaçırılan avtobusla bağlı BNA-dan açıqlama gecikmədi

Baxılıb:412
Qaçırılan avtobusla bağlı BNA-dan açıqlama gecikmədi

Məlum olduğu kimi 04.02.2021 tarixində axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb.

Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Mais Ağayev AzTimes.az-a açıqlamasında həssas məsələyə aydınlıq gətirib.

“Məlumat üçün bildirik ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 Dövlət Qeydiyyat Nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.”


Abunəlik