Toyuq ətində koronavirus tapıldı

Baxılıb:316
Toyuq ətində koronavirus tapıldı

Çin səlahiyyətliləri Rusiyanın “Çerkizovo” şirkətlər qrupunun istehsal etdiyi quş əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlaıb. Aztimes.az “qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor” xəbər yayıb. Çinin Baş Gömrük İdarəsinin Guandun əyaləti üzrə rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən 3 Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulunda COVID-19 genomunu aşkarlanıb. “Rosselxoznadzor” tərəfindən koronavirus genomunun müəyyənləşdirilməsi ilə əlaqədar istintaq başladılıb. Qeyd edək ki, “Çerkizovo” şirkətlər qrupuna daxil olan sözügedən müəssisələr Rusiyanın Bryansk, Voronej və Kursk bölgələrində fəaliyyət göstərir. Xatırladaq ki, Çində daha əvvəl ilk dəfə koronavirusun əlamətləri dondurulmuş qablaşmalarda tapılmışdı.


Abunəlik