İntihar niyə dəb halını alıb?-Namiq Aslanov yazır

Baxılıb:743
İntihar niyə dəb halını alıb?-Namiq Aslanov yazır

İntihar mövzusu son zamanlar demək olar ki, hər gün səslənən istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan bəlkə də ən birincisidir.

İntihar üsulu bir insanın intiharını başa vurması və həyatını qəsdən bitirməsi üçün istənilən vasitədir.

Hər 40 saniyədə dünyada kimsə sui-qəsd edir. Hər il təxminən 800,000 insan intihar səbəbindən həyatını itirir və 15-29 yaşda olanların ölüm səbəbləri arasında yol qəzalarından sonra intihar ikinci yerdədir.

İntihar baş verəndə intihar edənin ailəsi və ətrafı şok keçirir və həmişə “ heç ağlıma gəlməzdi, o qədər xoşbəxt görünürdü ki,..” kimi sözlər deyirlər. Ümumiyyətlə hər hansı bir adamın intihar edəcəyini hiss etmək, bilmək çox çətindir, amma onun davranışlarındakı dəyişiklikləri yaxından müşahidə etsək və intihar göstəricilərini bilsək o zaman bunu bilərik; intihar edəni daim izləmək, ən kiçik bir dəyişiklikdə intihar edə biləcəyini fikirləşərək psixoloqla, psixoterapevtlə görüşmək əsas şərtdir.

İntihara cəhd edən və sağ qalan insanlar sınıq sümükləri və ya beyin zədələnməsi kimi ciddi zədələr ala bilərlər. Bu yaralanmaların sağlamlıqlarına uzunmüddətli təsirləri ola bilər.

Həyat insana Allah tərəfindən verilmiş ən böyük nemətdir. O, ilahi bir sirdir, mahiyyətini də, ancaq Haqqın sirlərindən agah olanlar bilir. Həyat Allah-Təalanın insana verdiyi ən nurani və ən gözəl möcüzələrdəndir. İnsan digər varlıqlardan fərqli mahiyyətdə yaradılmışdır.

İntihara cəhd edənin yeri əbədi cəhənnəmdir. Dinimizdə intihar qəbul edilmir. Allah-Təala “Qurani Kərim”də buyurub ki, özünü qəsdən, bilərəkdən öldürən şəxs əbədi cəhənnəmə məhkumdur. İntihar Allahın haram buyurduğu bir şeydir. Öldürən və dirildən Allahdır. Bəşəriyyət yaranandan bugünə qədər intiharlar olub. Bu baxımdan, intihar yalnız Azərbaycanda deyil, digər ölkələrdə də tez-tez baş verir. Bu, yolverilməzdir. Etiqadı güclü insanlar nadir hallarda özünə qəsd edər. Çünki onlar intiharın sonunun əbədi cəhənnəm olduğunu bilirlər.

Bəzi hallarda intahar edən insanlar ətrafındakı şəxslər tərəfindən özünü öldürmə həddinə çatdırılırlar. Buna səbəb olan şəxslər, Azərbaycan Respublikasının Konustitusiyasının 125-ci Maddəsi-“Özünü öldürmə həddinə çatdırma

Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

Əsasən cinayət məcəlləsinə cəlb olunurlar.

İntiharların qarşısını almağın bəzi yolları, risk altında olan bir şəxsin evindən silahların çıxarılması, alkoqoldan sui-istifadə qaydaları və zehni xəstəliklərin müalicəsi kimi üsulların daha az əlçatan edilməsini əhatə edir.

Hər il sentyabrın 10-da Ümumdünya İntiharın Qarşısının Alınması Günü qeyd olunur, odur ki, intihar haqqında düşünənlə danışmağın ən uyğun yollarına nəzər salmaq yerinə düşər.

Onu demək istəyirəm ki, problemsiz insan yoxdur. Hər kəsin öz çapında problemləri, qayğıları olur. Ancaq hamı intihar etmir. Yaşamaq eşqi, ölmək eşqindən üstündür. Pessimizmə qarşı mübarizəni gücləndirmək lazımdı. Yanaşma dəyişməlidir. Ölməyi yox, yaşamağı gözə almaq lazım.

İntihar etmək çıxış yolu deyildir
Qeyd edək ki Namiq Aslanov “Simurq.net”informasiya agentliyinin rəhbəridir


Abunəlik