Nəcməddin Sadıxovun oğlunun adına külli miqdarda borc… – FOTOFAKT

Baxılıb:636
Nəcməddin Sadıxovun oğlunun adına külli miqdarda borc… – FOTOFAKT

Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıxovun oğluna məxsus şirkərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.
20.10.2010-cu il tarixində dövlət qeydiyyatına alınan və Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxovun təsisçisi olduğu “Keystone” MMC-nin (VÖEN: 1302308941) dövlət büdcəsinə 636 min 522 manat 99 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 manat olan “Keystone” MMC-nin rəsmi veb-səhifəsində şirkətin  beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər məhsullar hazırladığı göstərilib. Baş ofisi Azure Biznes Mərkəzində (24-cü mərtəbə) yerləşən “Keystone” MMC-nin beton blokları istehsalı edən zavodu Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərir.
Onu da bildirək ki, Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxov əvvəllər Bakı Şəhər Vergilər Departamentinin rəis müavini, 2015-2016-cı illərdə isə Vergilər naziri Fazil Məmmədovun müşaviri olub.
Məhəmməd Sadıxov eyni zamanda 2009-cu ildə qardaşı Hüseyn Sadıqovla birgə “Keystone” MMC ilə eyni ünvanda (Nobel prospekti 15) yerləşən daha bir şirkət “Magus” MMC-ni təsis ediblər. (yeniavaz.com)


Abunəlik