Nəcmədin Sadıkov ordudan niyə kənarlaşıdırlıb? – POLKOVNİK AÇIQLADI
Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi Baş Qərərgah rəisi Nəciməddin Sadıkovun Silahlı Qüvvələrdən ehtiyata buraxılması ilə bağlı açıqlama verib.
Bəzi şəxslər N.Sadıkovun gedişindən sonra orduda bir çox şeylərin dəyişəcəyini bildiririr.
Məsələ ilə bağlı Aztimes.az-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov Nəciməddin Sadıkovun ehtiyata buraxılması üçün artıq təqaüd yaşının çatdığını bildirib:
“Düşünürəm ki, bu səbəbdən onun Müdafiə Nazirliyinin rəhbərliyindən getməsi, başa düşüləndir.
Onun gedişindən sonra nələrin dəyişəcəyinə gəldikdə isə, bu haqda fikir səsləndirmək düzgün deyil. Çünki Azərbaycan Ordusu Nəciməddin Sadıkova bağlı deyil. Ordumuz Ali Baş Komandanımıza bağlıdır və birbaşa onun siyasətini yerinə yetirir”./Redaktor.az.