“Jurnalistlər binası”nda evlər təcili satışa çıxarılır-FOTO
AzTimes.az xəbər verir ki, mətbuatda “”Jurnalistlər binası”nda verilən 20 mənzil geri alınacaq” və buna oxşar başlıqlarla ictimailəşən xəbərlərdən sonra “Jurnalistlər binası”nda yaşayan bəzi sakinlər evləri satışa çıxarıb-özü də təcili. Bəli səhv eşitmədiniz,təcili. Vüqar Səfərlinin həbsindən sonra bu cür elanlarla tez-tez qarşılaşırıq.
İnstaqram üzərindən olan elanlardan birini isə jurnalist Rumiyyə Miraslan şəxsi”Facebook” hesabında paylaşaraq bu başlığı yazıb:”Tanıdığım neçə-neçə jurnalist evsizlikdən ya subay qocalır, ya da kirayələrdə sürünür. Kimlərsə də jurnalistlər üçün mənzilləri alıb dar günə saxlayıbmış. Indi görüblər ara qarışıb, satıb əldən çıxartmağa çalışırlar. Və buna rəvac verən şəxs hələ də azadlıqdadır…”