SON DƏQİQƏ:Bakıda daha bir intihar

Baxılıb:302
SON DƏQİQƏ:Bakıda daha bir intihar

Bakıda intihar hadisəsi baş verib.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, 12 dekabr 2007-ci ildə Astara rayonunda anadan olan Əliyeva Günay Ramil qızı 25 yanvar tarixində saat 17:00 radələrində Xəzər rayonu Binə qəzəbəsi “Hövsan Südçülük sovxozu” adlanan ərazidə yerləşən evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Bakıda daha bir intihar hadisəsi baş verib. Saat 17 radələrində paytaxtın Binəqədi rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etib.
Başqa bir intihar hadisəsi Xətai rayonunda qeydə alınıb. Saat 15 radələrində 1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğlu yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib. Yanvarın 24-də isə 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü Nərimanovda yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən atmışdı.

AzTimes.az


Abunəlik