Nazir Rövşən Əkbərovun bacısı oğluna vəzifə verdi

Baxılıb:429
Nazir Rövşən Əkbərovun bacısı oğluna vəzifə verdi

Daxili İşlər orqanlarında növbəti təyinat olub.
AzTimes.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Samir Həsənov Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.
O ötən günlərdə Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.
Qeyd edək ki, Samir Həsənov Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.


Abunəlik